“AFB BANK” Açıq Səhmdar Cəmiyyəti tender elan edir
Tenderin adı: Bankomatlarda insidentlərin monitorinqi üzrə proqram təminatının alınması
Tenderin elan tarixi: 01.05.2024
Tenderin son tarixi : 14.05.2024
Texniki tələblər:
- Windows XP/7/10 əməliyyat sistemləri dəstəklənməlidir;
- Rəqəmsal siqnalı dəstəkləməlidir;
- Minimum iki kameranı dəstəkləməlidir;
- JPEG, AVİ, MP4 formatında video və şəkilləri çəkilməli və yaddaşda saxlanılmalıdır;
- Bankomat;n elektron jurnalı ilə inteqrasiya edilməlidir;
- Şəkildə kart nömrəsinin son 4 rəqəmi və əməliyyatın baş vermə tarixi əks olunmalıdır;
- Kameralarının onlayn monitorinqi və statusunu görmə imkanı olmalıdır;
- Həyəcan siqnallı statusları elektron poçta göndərmək imkanı olmalıdır;
- Məlumatlar mərkəzi serverdə saxlanılmalıdır;
- Proqram təminatında təhlükəsizlik yeniləmələri dəstəklənməlidir;
- Video, foto görüntülər minimum 6 ay saxlama imkanı olmalıdır;
- Bütün əməliyyatlar loglanmalıdır ( uğurlu, uğursuz , saat , tarix və s. ) və minimum 6 ay saxlama imkanı olmalıdır
- Proqram təminatında imtiyazli istifadəçilərə MFA funksiyasını tətbiq etmək imkanı olmalıdır;
- Proqram təminatında baş verən bütün əməliyyatlar, əməliyyat detalları və verilənlərin şifrələnməsi dəstəklənməlidir;
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
- İştirakçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
- tender təklifi 15.06.2024 tarixinə kimi qüvvədə olmalıdır;
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- Optimal qiymət təklifi;
- Texniki göstəricilərə uyğunluq;
- Sənədləşmənin tələb olunan qaydada təşkili;
- Sifarişin vaxtında və düzgün qaydada icrası;