Tenderin adı: “AFB BANK” ASC tərəfindən kompüter avadanlıqlarının satın alınması.
Tenderin elan tarixi: 28.11.2022
Tenderin son tarixi : 13.12.2022
Avadanlıqlar:
- PC (monitorsuz) core i3-i5 , 8 GB RAM, 256 GB SSD - 30 ədəd (bütün modellərə baxılacaq)
- HP M24fwa FHD Monitor- 52 ədəd
Tenderdə iştirak etmək istəyən şirkətlərin xidmət göstərən sahə üzrə ən azı 3 (üç) il iş fəaliyyəti olması tələb olunur.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
- İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- Tender təklifi 30.12.2022 tarixinə kimi qüvvədə olmalıdır;
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- Optimal qiymət təklifi;
- Avadanlıqların zəmanət müddəti;
- Sənədləşmənin tələb olunan qaydada təşkili;
- Sifarişin vaxtında və düzgün qaydada icrası;
Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təklifdə ödəniş şərtləri, məhsulların təhvil müddəti və vergi şərtləri qeyd edilməlidir. Təkliflər 05.12.2022-ci il -tarixinə kimi imzalanmış və möhürlənmiş halda qapalı zərfdə poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərilməlidir. Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( [email protected] ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.