Tenderin adı: “AFB BANK ” ASC tərəfindən Office 365 Business Basic və Microsoft Defender Plan1 paketinin satın alınması.
Tenderin elan tarixi: 14.01.2022
Tenderin son tarixi : 24.01.2022
Satın alınacaq məhsul: Office 365 Business Basic və Microsoft Defender Plan1 paketi
Texniki məlumatlar və tələblər:
- İşçi sayı 202
- Hal hazırda istifadə olunan məhsul Exchange Server 2010 14.3.399
- İstifadəçilərin istıfadə etdiyi proqram təminatı Office 2013, 2016.
- Miqrasiya Hybrid versiyada keçirlməlidir.
- Exchange Online konfiqurasiya və miqrasiya işlərində partnyor tərəfdən dəstək olmalıdır.
- Plana uyğun 05.03.2022 – 30.04.2022 ci il tarixlərində tam bitməlidir.
Tenderdə iştirak etmək istəyən şirkətlərin xidmət göstərən sahə üzrə ən azı 3 (üç) il iş fəaliyyəti olması tələb olunur.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- iddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- tender təklifi 28.02.2022 tarixinə kimi qüvvədə olmalıdır;
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- Optimal qiymət təklifi;
- Texniki göstəricilərə uyğunluq;
- Sənədləşmənin tələb olunan qaydada təşkili;
- Sifarişin vaxtında və düzgün qaydada icrası;
Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.Təklifdə ödəniş şərtləri, zəmanət müddəti və şərtləri, çatdırılma müddəti və vergi şərtləri qeyd edilməlidir. Təkliflər 24.01.2022-tarixinə kimi imzalanmış və möhürlənmiş halda qapalı zərfdə poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərilməlidir.Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( vü[email protected] ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.