Ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 200 min manat vəsait köçürüb.
FED.az xəbər verir ki, ölkəmizin cəbhə bölgəsində torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə rəşadətli ordumuza dəstək olmaq məqsədi ilə “AFB Bank” ASC də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 200 000 manat vəsait köçürüb.
Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.
Eləcə də bax: “AFB Bank” özünüməşğulluq proqramına dəstəyini - Davam Etdirir!