2024-cü ilin maliyyə göstəricilərinə əsasən, "AFB Bank"ın ümumi xərclərində əhəmiyyətli dəyişikliklər müşahidə olunub. Bankın xərcləri müxtəlif kateqoriyalarda artmış, bəzi xərc növlərində isə azalma qeydə alınmışdır.
«AFB Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, 2024-cü ildə AFB Bank-ın ümumi xərcləri əvvəlki illə müqayisədə 2 688 min manat artaraq 26 421 min manata yüksəlib. Bu, 11.33%-lik bir artım deməkdir. Ümumi xərclərin tərkibində bəzi kateqoriyalar yüksəlmiş, bəziləri isə azalma göstərmişdir.
İnzibati xərclər 799 min manat artaraq 5 508 min manata çatıb ki, bu da 16.97% yüksəliş deməkdir. Ümumi xərclər daxilində inzibati xərclərin payı 1 faiz bəndi artaraq 21%-ə yüksəlib.
Əmək haqqı xərcləri cüzi dəyişiklik göstərərək cəmi 130 min manat artıb və 7 716 min manata çatıb. Lakin ümumi xərclərdəki payı 31%-dən 28%-ə enib.
Əhəmiyyətli dərəcədə artım depozit faizləri üzrə çəkilən xərclərdə müşahidə olunub. Bu xərc maddəsi 1 146 min manat yüksələrək 3 483 min manata çatıb. Bu isə 49.04% artım deməkdir. Payı da 10%-dən 13%-ə yüksəlib.
Digər tərəfdən, kredit faizləri üzrə xərclər 237 min manat azalaraq 2 116 min manata enib. Bu, 10.07% azalma deməkdir. Ümumi xərclərdəki payı da 2 faiz bəndi enərək 8%-ə düşüb.
QK-faiz xərcləri isə tamamilə sıfırlanıb. Belə ki, 2023-cü ildə bankın bu sahədə xərci 299 min manat olduğu halda, 2024-cü ildə 0 manat olub. Payı da 1%-dən 0%-ə düşüb.
AMB kredit xərcləri isə dəyişməz qalıb – hər iki il üçün 1 min manat təşkil edib və ümumi xərclər içindəki payı 1% olaraq qalıb.
Amortizasiya xərcləri 48 min manat artaraq 1 864 min manata yüksəlib. Bu 2.64% artım deməkdir. Ümumi xərclərdəki payı isə 8%-dən 7%-ə enib.
Digər faiz xərcləri 2023-cü ildə formalaşmamasına baxmayaraq 2024-cü ildə bu sahəyə bank cuzi - 74 min manata xərc çəkib. Bunun nəticəsində ümumi xərclər daxilində 1%-lik bir paya sahib olub.
Son olaraq, digər qeyri-faiz xərcləri illik müqayisədə 1 027 min manat artaraq 5 659 min manata yüksəlib. Bu, 22.17% artım deməkdir. Ümumi xərclərdəki payı 2 faiz bəndi yüksələrək 19%-dən 21%-ə qalxıb.
Bankın xərcləri və həmin xərclərin ümumi xərclərdə payı ilə bağlı daha detallı aşağıdakı cədvəldə:
Min manat |
||
Xərc mənbələri |
Məbləğ |
Ümumi xərclərdə payı |
Faiz xərcləri |
||
Depozitlər üzrə faizlər |
3 483 |
13% |
AMB kredit xərci |
1 |
1% |
Kredit faizləri |
2 116 |
8% |
QK- faiz xərci |
- |
- |
Digər faiz xərcləri |
74 |
1% |
Qeyri -faiz xərcləri |
||
İnzibati xərclər |
5 508 |
21% |
Əmək haqqı xərcləri |
7 716 |
28% |
Amortizasiya xərcləri |
1 864 |
7% |
Digər qeyri faiz xərcləri |
5 659 |
21% |