FED.az Azərbaycanın aparıcı banklarından olan “AFB Bank”nın gəlir mənbələrini təqdim edir.
"AFB Bank"da əmək haqqı xərcləri 7% artıb
2024-cü ilin ikinci rübünün nəticələrinə görə nəticələrinə görə “AFB Bank”ın gəlirləri 14 milyon 664 min manat təşkil edib. “AFB Bank”ın göstəricilərinə baxdıqda məlum olur ki, ölkə bankları arasında gəlirlərini şaxiləndirməyi bacaran banklar arasındadır və ölkənin bank sistemində 19-cu yerdədir .
Belə ki, bankın gəlirinin çox hissəsi – 8 milyon 73 min manatı və ya 55%-i kredit portfeli üzrə faizlərdən daxil olub.
Gəlirlərin 22%-ni və ya 3 milyon 166 min manatını komissiya haqları təşkil edir. Yeri gəlmişkən, “AFB Bank” komissiya haqlarını gəlirlərdə ciddi yer tutduğu banklardandır.
Bankın valyuta əməliyyatlarından əldə etdiyi vəsait 739 min manat ümumi gəlirin 5%-i , qiymətli kağızlardan gəlirləri isə təqribən 1 milyon 278 min manat ümumi gəlirin 9%-i qədər olub.
“AFB Bank” başqa banklarda depozitdən 927 min manat gəlir əldə edib bu da öz növbəsində ümumi gəlirlərin 6%-i deməkdir.
Digər faiz və digər qeyri-faiz gəlirlərindən isə ümumilikdə 481 min manat gəlir əldə edilib ümumi gəlirin 3%-i qədər .
Ümumiyətlə, “AFB Bank”ın gəlirlərinin 72%-i faiz, 28%-i qeyri-faiz gəlirlərindən ibarətdir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
8 073 |
55% |
Komissiya haqları |
3 166 |
22% |
Valyuta əməliyyatlarından gəlirlər |
739 |
5% |
QK-a investisiyadan gəlir |
1 278 |
9% |
Digər banklara depozitlərdən gəlirlər |
927 |
6% |
Digər banklara kreditlərdən gəlirlər |
|
|
Digər faiz gəlirləri |
308 |
2% |
Digər qeyri-faiz gəlirləri |
173 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
14 664 |
100% |