FED.az Azərbaycanın aparıcı banklarından olan «AFB Bank»nın gəlir mənbələrini təqdim edir.
"AFB Bank" işçi axtarır - VAKANSİYA
2022-ci ilin ilk yarım illiyinin nəticələrinə görə, «AFB Bank»ın gəlirləri 13 milyon 320 min manat təşkil edib. «AFB Bank»ın göstəricilərinə baxdıqda məlum olur ki, ölkə bankları arasında gəlirlərini şaxiləndirməyi bacaran banklar arasındadır.
Belə ki, bankın gəlirinin yarıdan bir qədər çox hissəsi – 6,85 milyon manatı və ya 51% kredit portfeli üzrə faizlərdən daxil olub.
Gəlirlərin 24%-ni və ya 3 milyon manatdan bir qədər artıq hissəni komissiya haqları təşkil edir. Yeri gəlmişkən, «AFB Bank» komissiya haqlarını gəlirlərdə ciddi yer tutduğu banklardandır.
Bankın valyuta əməliyyatlarından əldə etdiyi vəsait 1,5 milyon manat, qiymətli kağızlardan gəlirləri isə təqribən 1,4 milyon manat olub. «AFB Bank» başqa banklarda kredit və ya depozitdən gəlir əldəetməymib, baxmayaraq ki, digər faiz və qeyri-faiz gəlirləri var.
Ümumiyətlə, «AFB Bank»ın gəlirlərinin 63%-i faiz, 37%-i qeyri-faiz gəlirlərindən ibarətdir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlirdə payı |
Kredit portfeli üzrə faiz gəliri |
6 849 |
51% |
QK-a investisiyadan gəlir |
1 385 |
10% |
Digər banklara depozitlərdən gəlirlər |
- |
- |
Digər banklara kreditlərdən gəlirlər |
- |
- |
Komissiya haqları |
3 043 |
23% |
Valyuta əməliyyatlarından gəlirlər |
1 504 |
11% |
Digər faiz gəlirləri |
208 |
1% |
Digər qeyri-faiz gəlirləri |
331 |
2% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
13 320 |
100% |