“AFB BANK” ASC plastik kartların alınması üçün açıq tender elan edib.
Tenderin adı: “AFB BANK ” ASC tərəfindən “MC Debit Standart contactless” kartların satın alınması
Tenderin elan tarixi: 18.04.2022
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- tender təklifi 18.05.2022 tarixinə kimi qüvvədə olmalıdır;
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər sifariş haqqında məlumatları əldə etmək üçün 22.04.2022 tarixinə kimi [email protected] elektron ünvanına yazmaqla tenderdə iştirakını təsdiq etməlidir.
Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.. Yuxarıda sadalanan sənədlər qiymət təklifləri ilə birlikdə 30.04.2022-tarixinə kimi imzalanmış və möhürlənmiş halda qapalı zərfdə poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərilməlidir.Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( [email protected] ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.