Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə təşkil edilən Özünüməşğulluq proqramına qoşulan “AFB Bank” ASC dəstəyini davam etdirir.
Eləcə də bax: “AFB Bank” Özünüməşğulluq proqramı çərçivəsində daha 4 vətəndaşa - Dəstək Oldu!
FED.az xəbər verir ki, özünüməşğulluq proqramının məqsədi əlilliyi olan şəxslər, aztəminatlı ailələr, şəhid ailələri, məcburi köçkünlər, işsiz və iş axtaran şəxslər və b. daxil olmaqla həssas əhali qruplarının özünüməşğulluğunun təşkil edilməsidir.
Bu proqrama qoşulan vətəndaşlar kiçik sahibkarlığa çıxış əldə edə bilirlər. AFB Bank tərəfindən proqrama qoşulan, Bakı şəhərində yaşayan, həssas əhali qrupuna aid Bakı şəhəri və Qəbələ rayonunda yaşayan daha 7 vətəndaşa tekstil və südçülük-ətçilik üzrə kiçik biznesin qurulması üçün əvəzsiz olaraq aktivlər təqdim edilib. Özünüməşğulluq proqramı çərçivəsində ümumilikdə 20 nəfər vətəndaşın öz biznesini qurması üçün aktivlərlə təmin edilib.
Məlumat üçün bildiririk ki, Özünüməşğulluq proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memoranduma əsasən təsis edilib. Bu proqramın icrasını həyata keçirən AFB Bank, fərqli regionlarda vətəndaşların aktivlərlə təmin edilməsini ilin sonunadək davam etdirəcək.
Hazırda 7 filial və 4 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.