“Hər kəs üçün eyni” şüarı altında müştərilərinə yüksək səviyyədə xidmət göstərməyi, bu istiqamətdə təklif və məhsullarını artırmağı özünə məqsəd seçən AFB Bank, bu dəfə 10.03.2021-10.04.2021-ci il tarixlərində Novruz Bayramı münasibətilə yeni kampaniyaya start verir.
Eləcə də bax: “AFB Bank” Özünüməşğulluq proqramı çərçivəsində daha 24 vətəndaşa - Dəstək Oldu!
FED.az xəbər verir ki, “Novruz kampaniyası” çərçivəsində Bankın müştərilərinə “Nağd pul krediti” məhsulunun illik faiz dərəcələrinə 5% -dək endirim tətbiq edilir:
- [3 ay- 12 ay] – 17%
- [13 ay-24 ay] - 19%
- [25 ay-36 ay] - 21%
Kampaniyasının şərtlərinəəsasən kreditlər 20.000 AZN-dək rəsmiləşdirilə bilər və kredit məbləği 5000 AZN-dək olduqda zamin tələb olunmur. Qeyd edək ki, 18 yaşdan başlayaraq ən azı davamlı 6 ay iş təcrübəsi və rəsmi gəliri olan hər kəs kredit üçün müraciət edə bilər.
Hazırda bank 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir. Bu xidmətlər barədə daha ətraflı www.afb.az saytından, 1545 çağrı mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.