FED.az xəbər verir ki, “AFB Bank” ASC Android Developer, Rəqəmsal Bankçılıq Strukturuna baş mütəxəssis və iOS Developer vakansiyaları üzrə mütəxəssis vəzifəsinə iş elan edir:
ANDROİD DEVELOPER VAKANSİYASI ÜZRƏ NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Java proqramlaşdırma üzrə minimum 3 il iş təcrübəsi
- Android Studio ilə səlis işləmə bacarığı və Gradle üzrə biliklər
- Material dizayn prinsipləri haqqında məlumatların olması
- Android SDK üzrə təcrübə
- JavaScript, HTML və CSS və üzrə biliklər
- HTTP və RESTful API’lər haqqında anlayış
- GIT ilə işləmə bacarığı
İŞİN TƏSVİRİ:
- Android platformasında mobil əlavənin inkişafının həyata keçirilməsi
- Servislərin və sistemlərin mobil tətbiqə inteqrasiya olunması
- Mobil əlavədə monitorinq aparmaq və yaranmış problemlərə dərhal müdaxilə etmək
- Mobil tətbiqin qüsursuz istifadəsi üçün daim yeniliklərin tətbiq olunması
- Yeni funksionallıqların və xidmətlərin inkişafı üzrə təkliflərin verilməsi
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Android Developer” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
RƏQƏMSAL BANKÇILIQ STRUKTURUNA BAŞ MÜTƏXƏSSİS VAKANSİYASI ÜZRƏ NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil (İT Sahəsi üzrə arzu olunandır);
- Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi;
- Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Məsuliyyətlilik, ünsiyyətlilik, təşəbbüskarlıq;
- Komandada işləmək bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı
İŞİN TƏSVİRİ:
- Rəqəmsal məhsulların inkişafı üzrə texniki tapşırıqların hazırlanması;
- İnkişafı həyata keçirən strukturlarla davamlı ünsiyyətin təmin olunması;
- Layihələrin plan üzrə gedişatına nəzarət;
- Məhsul testlərinin həyata keçirilməsi;
- Əməkdaşlıq edilən şirkətlərlə kommunikasiya qurulması;
- Rəqib və SWOT analizlərinin həyata keçirilməsi;
- Analitik məlumatlarla iş və hesabatların hazırlanması;
Vəzifə: Baş mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Rəqəmsal Bankçılıq üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
İOS DEVELOPER VAKANSİYASI ÜZRƏ NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Swift proqramlaşdırma üzrə minimum 3 il iş təcrübəsi
- Apple dizayn prinsipləri və interface təlimatları haqqında məlumatların olması
- iOS SDK platforması üzrə biliklər və Xcode ilə səlis işləmə bacarığı
- HTTP və RESTful API’lər haqqında anlayış
- GIT ilə işləmə bacarığı
- HTML, CSS və JavaScript üzrə bilikləri arzuolunandır
İŞİN TƏSVİRİ:
- iOS platformasında mobil əlavənin inkişafının həyata keçirilməsi
- Servislərin və sistemlərin mobil tətbiqə inteqrasiya olunması
- Mobil əlavədə monitorinq aparmaq və yaranmış problemlərə dərhal müdaxilə etmək
- Mobil tətbiqin qüsursuz istifadəsi üçün daim yeniliklərin tətbiq olunması
- Yeni funksionallıqların və xidmətlərin inkişafı üzrə təkliflərin verilməsi
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “iOS Developer” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.