Bank

"AFB Bank" işçi axtarır - VAKANSİYA

"AFB Bank" işçi axtarır - VAKANSİYA | FED.az
18:01 16 Noy 2019

FED.az xəbər verir ki, AFB Bank Rəqəmsal Bankçılıq Strukturuna baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Eləcə də bax: "Azersun Holding" işçi axtarır - VAKANSİYA

Vəzifə: Baş mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil (İT Sahəsi üzrə arzu olunandır);
• Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi;
• Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı;
• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Məsuliyyətlilik, ünsiyyətlilik, təşəbbüskarlıq;
• Komandada işləmək bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı.

İŞİN TƏSVİRİ:

• Rəqəmsal məhsulların inkişafı üzrə texniki tapşırıqların hazırlanması;
• İnkişafı həyata keçirən strukturlarla davamlı ünsiyyətin təmin olunması;
• Layihələrin plan üzrə gedişatına nəzarət;
• Məhsul testlərinin həyata keçirilməsi;
• Əməkdaşlıq edilən şirkətlərlə kommunikasiya qurulması;
• Rəqib və SWOT analizlərinin həyata keçirilməsi;
• Analitik məlumatlarla iş və hesabatların hazırlanması;

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Rəqəmsal Bankçılıq üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Digər xəbərlər