AFB Bank İnsan Resursları Strukturuna mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Baş mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil;
• AR Əmək qanunvericiliyi biliyi;
• Elektron Hökumət Portalı, 1 C proqramı ilə işləmə bacarığı;
• MS Office proqramlarından istifadə bacarığı;
• Azərbaycan, Rus və ingilis dili bilikləri;
• Müvafiq sahədə 1 ildən artıq iş təcrübəsi;
• İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;
• Kollektivlə sağlam münasibət qurmaq və işləmək bacarığı;
İŞİN TƏSVİRİ:
• Şirkət üzrə işə qəbul prosesinin həyata keçirilməsi ,
• Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması
• Vakansiyaların elektron bazasının formalaşdırılması və tənzimlənməsi və şirkətə aid daxili ümumi və vahid naməzədlər bazasının yaradılması və yenilənməsi.
• Bankın struktur bölmələri üzrə işçi sayının planlanması işinin təşkili;
• HR büdcəsinin hazırlanmasında iştirak;
• Bankda Təlim üzrə idarəetmə sisteminin qurulması, tətbiqi və təkmilləşdirilməsi (Şirkətdaxili və xarici təlimlərin təşkili və monitorinqi, Bankın daxili təlimçilər komandasının formalaşdırılması və sistemli olaraq daxili təlimlərin həyata keçirilməsi işinin təşkili);
• İşəgötürən Brendinin gücləndirilməsində köməyin göstərilməsi.
• İnsan Resursları sahəsinə aid Siyasət və prosedurların hazırlanmasında yaxından iştirak.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnsan resursları üzrə mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.