FED.az xəbər verir ki, AFB Bank Hesabatlıq və təhlil departamentinin direktoru vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Hesabatlıq və təhlil departamentinin direktoru
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Analitik bacarıqlar, böyük məlumat bazası ilə işləmək bacarığı;
• Mərkəzi Bankın və MBNP-nın normativ aktları haqqında nəzəri biliklər;
• MBNP-nın və Mərkəzi Bankın hesabatlarının hazırlanması ilə bağlı iş təcrübəsinin olması;
• Yüksək səviyyədə excel bilikləri;
• Proqramlama dillərində biliklər;
• SQL Server və Oracle sistemlərində biliklərə sahib olmaq;
• Bİ Tool-la iş təcrübəsi;
• Maliyyə hesabatlarının təhlili üzrə bilikər;
• Məlumat bazasının (DB) yaradılması və menecment hesabatlarının hazırlanması.
İŞİN TƏSVİRİ:
• MİS -in qurulmasının və daimi təkmilləşdirilməsinin təmin edilməsi;
• Bankın bütün struktur bölmələrindən və filiallarından statistik məlumatların qəbul olunması (toplanması), emalı, icmallaşdırılması və bu məlumatlar əsasında Bankın maliyyə təhlilinin aparılması;
• Bankın fəaliyyəti barədə aylıq, rüblük və illik statistik hesabatların hazırlanması;
• Bank üzrə statistik elektron məlumatlar bazasının yaradılması və bu bazanın daima təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi;
• Bankın səmərəlilik göstəriciləri üzrə təhlillərin aparılması və bütövlükdə Bankın gəlirliyinin artırılması, strateji hədəflər və maliyyə məqsədlərinin yerinə yetirilməsinin təmin olunması üzrə təkliflərin hazırlanması;
• Mərkəzi Banka, Vergilər Nazirliyinə və digər dövlət orqanlarına təqdim olunan hesabatların hazırlanıb təqdim edilməsi;
• Bankın rəhbərliyinin Bankın fəaliyyəti ilə bağlı bütün statistik məlumatlarla təmin edilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Hesabatlıq və təhlil departamentinin direktoru” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.