Vəzifə: Korporativ hüquq şöbəsinin rəisi
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali hüquqi təhsil;
• Mülki, bank və əmək qanunvericiliyi sahəsində biliyin olması;
• Rəhbər vəzifədə azı 3 il iş təcrübəsi;
• Yüksək səviyyədə Azərbaycan və Rus dili bilikləri, İngilis dili arzu olunandır;
• MS Ofis proqramlarından mükəmməl istifadə bacarığı;
• Bank təcrübəsi olanlara üstünlük verilir.
İŞİN TƏSVİRİ:
• Məhkəmə və digər dövlət orqanlarında Bankın hüquqlarını və qanuni maraqlarını müdafiə etmək;
• Kontragentlərlə, o cümlədən xarici kontragentlərlə bağlanan müqavilələri ekspertiza etmək və rəy vermək;
• Bankın fəaliyyəti zamanı yaranan hüquqi məsələləri qüvvədə olan qanunvericiliyə uyğun həll etmək, müqavilə və digər normativ xarakterli sənədlərə dair hüquqi rəy vermək, normativ-hüquqi aktların düzgün tətbiq edilməsini təmin etmək;
• Bankın fəaliyyətini tənzimləyən daxili qayda və təlimatları qiymətləndirmək, təkmilləşdirilməsinə dair təkliflər vermək, layihələrin hazırlanmasında iştirak etmək;
• Bankın təklif etdiyi məhsul və xidmətlər üzrə müqavilələrin layihəsini hazırlamaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ hüquq şöbəsinin rəisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.