AFB Bank Hüquq departamentində korporativ hüquq şöbəsinin hüquqşünası vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Hüquq departamentinin korporativ hüquq şöbəsinin hüquqşünası
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali hüquq təhsili;
• 2 il iş təcrübəsi;
• Bank hüququ sahəsində biliklər;
• Analitik düşünmə və təhlil bacarıqları;
• Kollektivdə işləmək bacarığı;
• Stressə davamlılıq.
İŞİN TƏSVİRİ:
• Bankın fəaliyyətini tənzimləyən daxili qaydaların bazasını yaratmaq;
• Əmr və sərəncamların layihəsini hazırlamaq;
• Bankın təklif etdiyi məhsul və xidmətlər üzrə müqavilələrin layihəsini hazırlamaq;
• Kontragentlərlə, o cümlədən xarici kontragentlərlə bağlanan müqavilələri ekspertiza etmək;
• Qanunvericilikdə olan yenilikləri şərh etmək, daxili qayda və müqavilələrə müvafiq düzəlişlər etmək;
• İdarəetmə orqanlarının iclaslarında katiblik etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ hüquq şöbəsinin hüquqşünası” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
Ərizə qəbulu üçün son tarix - 5 may 2018-ci il.