Vəzifə: Korporativ Müştəri Təmsilçisi
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı, Sumqayıt, Gəncə və Qəbələ şəhərləri
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Bank məhsulları üzrə (kredit və qeyri-kredit) dərin biliklərə və geniş məlumatlara malik olması;
• Sahəyə aid olan qayda və normativləri bilmək;
• Gərgin iş qrafikində işləmək bacarığı;
• Maliyyə və kredit analizi bilikləri;
• Yaxşı ünsiyyət bacarıqları;
• Ofis proqramlarından mükəmməl istifadə bacarığı;
• Azərbaycan və Rus dillərini səlis danışmaq bacarığı; İngilis dili bilənlərə üstünlük verilir;
• Komandada işləmək bacarığı.
İŞİN TƏSVİRİ:
• Yeni korporativ müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq;
• Bankın kredit və qeyri-kredit məhsullarının satışının təşkili;
• Korporativ müştərilərə Bank xidmətlərinin təşkili;
• Cari müştərilərə çarpaz satışların həyata keçirilməsinin təşkil edilməsi;
• Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilini aparmaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ Müştəri Təmsilçisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.