"AFB Bank" Kredit inzibatçılığı şöbəsinə işçi axtarır.
Vəzifə: Kredit inzibatçılığı şöbəsinin Baş mütəxəssisi
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil;
• Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
• Kredit inzibatçılığı üzrə biliklərə sahib olmaq;
• Akkreditivlərlə və SWIFT sistemində işləmək bacarığı;
• Analitik düşünmə və təhlil bacarığı;
• Azərbaycan, Rus və İngilis dili bilikləri;
• Təşəbbüskar və novator olmaq;
• İş zamanı dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kollektivdə işləmək bacarığı.
İŞİN TƏSVİRİ:
• Təsdiq olunmuş kredit sənədlərinin yoxlanması və bankın əməliyyat sisteminə yığılması;
• Akkreditivin açılması və müvafiq banka SWIFT mesajının göndərilməsi;
• Ölkədaxili və beynəlxalq təminat məktubları sənədlərinin yoxlanması, onların hazırlanması, tələb olunan zaman qarşı banka SWIFT mesajının göndərilməsi və onların əməliyyat sisteminə yığılması;
• Akkreditiv və qarantiyalar üzrə kontragent banklarla danışıqlar həyata keçirtmək;
• Kredit inzibatçılığına aid digər işləri görmək.
Qeyd: Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kredit inzibatçılığı şöbəsinin Baş mütəxəssisi” qeydi edərək[email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.