Bank sektorunun aktiv üzvlərindən olan «AFB Bank» 2024-cü ilin 2-ci rübünün nəticələrini açıqlayıb.
FED.az bankın heaabatına istinadən xəbər verir ki, «AFB Bank» hesabat dövründə mənfəətini artırıb və mənfəətlə başa vurub.
2024-cü ilin ilk yraım ilində «AFB Bank»ın faiz gəlirləri 10 milyon 586 min manat təşkil edib. Bu 2023-cü ilin eyni dövrünə nisbətən 1 milyon 526 min manat artıqdır.
Faiz gəlirlərinin byöük hissəsi – 8 milyon manata kredit portfelinin qazancıdır. Ötən ilini eyni dövrü ilə müqayisədə bu göstərici 1,8 milyon maat və ya 22% artıb. Yeri gəlmişkən dövrün sonuna AFB-nin kredit portfeli 170 milyon manat təşkil edib.
Digər banklara yerləşdirilən depozitlər AFB Bank 926 min manat, qiymətli kağız-lara yatırımlar isə 1 milyon 278 min manat gəlir gətirib. Maraqlıdır ki, AFB-nin qiymətli kağızlara yatırımları 2 dəfədən çox azalaraq 45 milyon manatdan 19 milyon manata ensə də, bu alətlərdən gəlirləri demək olar ki, azalmayıb.
Bu dövrdə AFB Bankın faiz xərcləri də artıb – bu məbləğ 530 min manat artaraq 2 milyon 760 min manata yüksəlib. Faiz xərclərinin böyük hissəsi əmanətlərə görə ödənilən məbləğdir – ilk yarım ildə AFB Bank-da əmanəti olanlar bankdan 1 milyon 689 min manat faiz gəliri əldə ediblər. Bu əvvəlki illə müqayisədə 650 min manat artıqdır.
Nəhayət, bank ilk yarım ildə cəlb etdiyi kreditlər üzrə 1 milyon manat faiz ödəyib.
İlk yarım ildə AFB Bankın qeyri faiz gəlirləri 4 milyon manatdan bir qədər artıq olub. Bundan 3,2 milyon manatı haqq v komissiya gəlirləri olub. Xarici valyuta ilə əməliyyatlardan bank gəliri 740 min manat olub – ötən il bu məbləğ 920 min manat idi. 2024-cü ilin ilk yarısında AFB Bankın qeyri-faiz xərcləri 1,2 milyon manat artaraq təqribən 10 milyon manata yüksəlib.
Bu dövrdə əvvəla bankda əmək haqqı xərcləri 200 min manatdan çox artaraq 3,7 milyon manat çatıb, inzibati xərclər isə 400 min manat artaraq 2,6 milyon manatı keçib.
Nəticədə bank ilk yarım ili 1 milyon 968 min manat əməliyyat mənfəəti ilə başa vurub. Bu məbləğin böyük hissəsi – 1 milyon 334 min manatı mümkün zərərlər üçün ehtiyata ayrılıb. Nəticədə bank 2024-cü ilin ilk yarısını 634 min manat xalis mənfəətlə tamamlayıb. Ötən ilin eyni dövründə bu məbləğ 5,5 milyon manat idi.
2024-cü ilin yarım ilinin sonuna AFB Bankın aktivləri 297,5 milyon manat olub. Bunun byöük hissəsi – 170 milyon manat kredit portfelidir. Kreditlərə görə 11,6 milyon manat ayrılmış ehtiyatı nəzərə alanda xalis kredit portfeli 158 milyon manat olub.
Bankın 33 milyon manatı hesablarda və nağd vəsait şəklində saxlanılır, qiymətli kağızloara 19,6 milyon manat yatırılıb, daha 37 milyon manat isə başqa banklarda depozit kimi yerləşdirilib. Bundan əlavə AFB Bankın 30 milyon manatlıq əmlakı da var.
Bankın öhdəlikləri isə 223 milyon manatdır. Bunun 3-də 2-si depozit portfelinin payına düşüb – 141,7 milyon manat. AFB Bankda depozitlər 2 eyni hissədən ibarətdir – əmanət və şirkət depozitlərinin payı hərəyə 70 milyon manat təşkil edir.
Daha 72 milyon manat öhdəlik isə AFB Bankın digər qurmlardan cəlb etdiyi kreditlərdir, hansı ki, yarım ildə bunlara görə 1 milyon manat faiz ödənilib.
2024-cı ilin ilk yarısının sonuna bankın kapitalı 73,8 milyon manat təşkil edir. Bundan 70,4 milyon manat səhmdarların banka yatırdığı vəsait, 900 min manat bölüşdürülməmiş mənfəət, qalan hissə isə yarıdılan ehtiyatlardır.