Daim müştərilərini sevindirməyə çalışan “AFB Bank”, oktyabr ayının 4-dən nağd pul krediti üzrə “Böyük endirim kampaniyası”na start verdi.
Bankdan FED.az-a verilən məlumata görə, müştərilərin istəklərini nəzərə alaraq, “AFB Bank” müvafiq kredit məhsulu üzrə faiz dərəcəsini 10%-ə qədər endirdi. Kampaniya müddətində, kredit 20 000 AZN-dək zaminsiz və 48 aya qədər ödəmə imkanı ilə təqdim edilir.
“AFB Bank”ın “Böyük endirim kampaniyası”ndan yararlanmaq üçün, https://www.afb.az/boyuk-endirim-kampaniyasi saytında online sifariş edə və ya filiallara yaxınlaşaraq əldə edə bilərsiniz. Həmçinin, 1545 Çağrı Mərkəzinə zəng edərək daha ətraflı məlumat ala bilərsiniz.
“AFB Bank”ın təqdim etdiyi məhsul və xidmətlər barədə daha ətraflı məlumatı, bankın sosial şəbəkələrdə olan səhifələrindən oxuya bilərsiniz.