Hər zaman sərfəli endirim kampaniyaları ilə gündəmdə olan AFB Bank bu dəfə müştərilər üçün endirim həftəsinə start verir.
Eləcə də bax: "AFB Bank" Beynəlxalq Pərakəndə Konqresinə - BAŞ SPONSOR OLDU
02.12.2019-06.12.2019 – ci il tarixlərini əhatə edəcək endirim həftəsində kredit götürən müştərilərə illik faiz dərəcəsinə 2% endirim (min illik faiz dərəcəsi 17%-dən az olmamaq şərtilə) ediləcək. Qeyd edək ki, kreditlər 0% komissiya ilə rəsmiləşdiriləcək.
Xatırladaq ki, Nağd pul kreditinin müddəti 3 aydan 48 ayadəkdir və kreditin maksimal məbləği 20 000 AZN təşkil edir.
Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.