“AFB Bank” nağd pul krediti üzrə “Mövsümün təklifi” adlı yeni kampaniyaya başlayır.
FED.az xəbər verir ki, 19 sentyabrda elan edilən kampaniya çərçivəsində rəsmi əmək haqqı və ya təqaüd alan hər kəs kredit alarkən bir çox üstünlüklər əldə edir.
Əmək haqqını “AFB Bank”dan alan, dövlət və neft sektorunda işləyən, eləcə də təqaüdçü şəxslər minimal faiz həddindən yararlana bilirlər. İllik faiz dərəcəsi 11.99%-dən başlayaraq kredit sifariş etmək mümkündür.
Belə ki, “AFB Bank”dan ilk dəfə kredit sifariş edən müştərilər üçün komissiya olmayacaq. Yəni 3-48 aylıq müddətə kredit götürüldüyü halda nağdlaşdırma və ya digər hesaba köçürmə zamanı komissiya ödənilmir.
Bir-birini əvəz edən sərfəli təkliflərlə müştəriləri daima sevindirən “AFB Bank”ın bu kampaniyası və digər məhsulları barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək olar. Həmçinin “AFB Bank” müştərilərə onlayn kredit xidməti də təqdim edir və bu xidmət vasitəsilə operativ şəkildə kredit almaq mümkündür.
Məlumat üçün qeyd edək ki, hər bir müştəriyə individual və diqqətli yanaşma prinsipi ilə fəaliyyət göstərən “AFB Bank” həm hüquqi, həm də fiziki şəxslərə müxtəlif bank xidmətləri təqdim edir. Hazırda 7 filial və 4 şöbəsi ilə Bakıda, eləcə də Sumqayıt, Gəncə və Qəbələ şəhərlərində fəaliyyət göstərir.