“AFB Bank” ASC-nin Biznesin İnkişafı Şöbəsinə yeni müdir təyin edilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Fərid Məmmədov bu şöbənin müdri vəzifəsini bu aydan( sentyabrdan) etibarən icra edəcək.
Eləcə də bax: “Bank VTB”Azərbaycanda yeni - TƏYİNAT OLUB
O, “Nikoil Bank” ASC-yə 6 ay bundan öncə “Kapital Bank”dan gəlmişdi.
“Nikoil Bank”da Ticarət Kreditlərinin İnkişafı şöbəsində müdir vəzifəsini icra edirdi.
F.Məmmədov həmçinin AGBank ASC və Ata Holdinq MMC kimi ölkədə tanınmış şirkətlərdə çalışıb.