AFB Bankda yeni təyinat olub.
FED.az xəbər verir ki, Hafiz İbrahimov Filialların idarə edilməsi strukturunun direktoru vəzifəsinə təyin edilib.
Eləcə də bax: “Xalq Bank”da - YENİ TƏYİNAT
Hafiz İbrahimov daha öncə “Azərbaycan Beynəlxaq Bankı”, “Azərbaycan İpoteka Fondunda”, ləğv olunan “Bank Standard” QSC-də və “Rabitəbank” ASC-də çalışıb.
Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.
Eləcə də bax: “Muğanbank”da yeni - TƏYİNAT