“AFB Bank” 2021-ci ilin 2-ci rübünü 8 milyondan artıq xalis mənfəətlə başa vurmuşdur.
FED.az xəbər verir ki, ölkənin qabaqcıl banklarından olan “AFB Bank ” ASC 2021-ci ilin 2-ci rübünün sonunu 8 milyon 183 min manat xalis mənfəətlə başa vurmuşdur.
Keçən ilin müvafiq dövründə bu göstərici 3 milyon 222 min manat idi ki, bu da müqayisədə xalis mənfəətin 4 milyon 960 min manat və ya 60 % artmı deməkdir.
Problemli kreditlərin həlli istiqamətində görülmüş işlərin nəticəsi olaraq kreditlər üzrə alınmış faiz gəlirləri ötən ilin cari dövrü ilə müqayisədə 2 dəfədən çox artmışdır.
Bankın Məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı Mərkəzi Bankın normalarından dəfələrlə artıqdır. Belə ki, Məcmu kapitalın adektvatlıq əmsalı MB normasına əsasən 10% həddində müəyyən edilmişdir ki, Bankın bu göstəricisi 61% təşkil edir, müvafiq olaraq da I dərəcəli kapitalın norması 5% olsa da, Bankda bu göstərici 54%-dən çoxdur.
Qeyd edək ki, bankın Məcmu kapitalı 84.1 milyon AZN təşkil edir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq, AFB Bank hər rüb məcmu kapital da daxil olmaqla, maliyyə hesabatını rəsmi saytında açıqlayır.
Hazırda bank 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir. Bu xidmətlər barədə daha ətraflı www.afb.az saytından, 1545 çağrı mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.