AFB bank tender elan edir
Tender Elanı
Şirkət adı: “AFB BANK” Açıq Səhmdar Cəmiyyəti
Tenderin adı: Bankomatlar üçün kamera
Tenderin elan tarixi: 25.02.2025
Tenderin son tarixi: 10.03.2025
Sifariş sayı : 100 ədəd (50 +50)
Texniki tələblər:
Kameraların 50 ədədi aşağıda qeyd edilən texniki göstəricilərə uyğun olmalıdır:
- 5 MP
- İnterface: USB 0,
- Win7, Win10, Win XP SP1, Win XP SP2
- Linzalar manual tənzimlənməlidir
- Olçüləri: 40 mm x 40 mm
- IRCUT(infrared)
- 120 dərəcə çəkiliş aparma imkanı
Kameraların digər 50 ədədi aşağıda qeyd edilən texniki tələblərə uyğun olmalıdır:
- 2 MP
- İnterface: USB 2.0,
- Win7,Win10, Win XP SP1, Win XP SP2
- Linzalar manual tənzimlənməlidir
- Olçüləri: 37 mm x 37 mm
- 120 dərəcə çəkiliş aparma imkanı
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
- İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri
- İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
- Tender təklifi 01.04.2025 tarixinə kimi qüvvədə olmalıdır
Tender təkliflərinin qiymətləndirilməsində üstünlük veriləcək meyarlar:
- Optimal qiymət təklifi
- Zəmanət müddəti
- Məhsulun originallığı
- Sənədləşmənin tələb olunan qaydada təşkili
Sənədlərin çatdırılma müddəti:
Tenderdə iştirak etmək istəyənlər, yuxarıda qeyd edilən sənədləri və qiymət təklifini 10.03.2025 tarixində saat 17:00-a qədər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə poçt vasitəsilə aşağıdakı ünvana göndərməlidirlər:
Ünvan:
Bakı şəh., Yasamal r-nu, N. Nərimanov pr. 206/466
Əlaqə üçün məlumatlar:
E-mail: [email protected]
Telefon: 050 290 10 66
Qeyd: Yaranacaq suallarla bağlı müraciətlər e-mail vasitəsilə və ya telefonda edilə bilər.