Müştərilərə banka gəlmədən 24/7 kredit əldə etmənin rahat və sürətli yolunu təqdim edir.
AFB Bank kredit rəsmiləşdirmə prosesini tamamilə rəqəmsallaşdıran “Başdan Başa” layihəsini təqdim edir.
FED.az xəbər verir ki, bu layihə müştərilərə olduğu yeri tərk etmədən kredit rəsmiləşdirmək imkanı yaradan təhlükəsiz rəqəmsal platforma təklif edir.
Layihə çərçivəsində müştərilər rəqəmsal platformalardan 24/7 onlayn kredit üçün müraciət edə bilərlər. Kredit rəsmiləşmə prosesi bir neçə dəqiqəyə tamamlanır və vaxt itkisi minimuma endirilir.
Xidmətin üstünlükləri
- Vaxt qazancı – Fiziki olaraq banka gəlməyə ehtiyac yoxdur, proses bir neçə dəqiqəyə tamamlanır.
- Onlayna özəl kampaniyalar – 0% komissiya və xüsusi endirimli faiz dərəcələri.
- Geniş diapazon – 500 AZN-dən 30,000 AZN-dək kredit götürmək imkanı.
AFB Bankın Rəqəmsal Bankçılıq departamentinin direktoru Ləman Şeyxəliyeva layihə haqqında belə bildirib: “Bankçılığın gələcəyi fərdiləşdirilmiş və sərhədsiz xidmətlərdən ibarətdir. “Başdan Başa” layihəsi ilə biz bu istiqamətdə ilk addımımızı ataraq müştərilərimizə rahat və çevik rəqəmsal həllər təqdim edirik.”
Daha ətraflı məlumat və müraciət üçün:
Veb-sayt: afb.az | Telefon: 1545