“AFB Bank” ASC-nin İdarə Heyətinin üzvü vəzifəsinə Ramin Qasımov təyin edilib.
FED.az xəbər verir ki, yeni təyinatdan sonra, Bankın İdarə Heyəti bir sədr və iki üzvlə təmsil olunur.
Ramin Lətif oğlu Qasımov 1981-ci ildə anadan olub. 1999-2003 -cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və kredit" ixtisası üzrə bakalavr, 2008-2009 –cu illərdə ABŞ-ın “Cornell Universiteti”-nin “Maliyyə və iqtisadiyyat” ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir.
2010-cu ildən “AFB Bank”da müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 2020-ci ildən bu tərəfə Risklərin idarə olunması departamentinin direktoru kimi çalışır.
“AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlayıb. Hazırda bank 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir.