Ölkənin qabaqcıl banklarından olan “AFB Bank” ASC 2021-ci ili 9 milyon 303 min manat xalis mənfəətlə başa vurmuşdur.
Bankdan FED.az-a verilən məlumata görə, keçən ilin müvafiq dövründə bu göstərici 5 milyon 388 min manat idi ki, bu da müqayisədə xalis mənfəətin 3 milyon 914 min manat və ya 73 % artmı deməkdir. Xalis haqq və komission gəlirləri üzrə isə 5.5 milyon gəlir əldə edilmişdir ki, bu da ötən il ilə müqayisədə 22% artım deməkdir. Problemli kreditlərin həlli istiqamətində görülmüş işlərin nəticəsi olaraq mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan geri qayıtarılma ötən il ilə müqaisədə 2 dəfəyə yaxın artmışdır.
Bankın Məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı Mərkəzi Bankın normalarından dəfələrlə artıqdır. Belə ki, Məcmu kapitalın adektvatlıq əmsalı MB normasına əsasən 10% həddində müəyyən edilmişdir ki, Bankın bu göstəricisi 46% təşkil edir, müvafiq olaraq da I dərəcəli kapitalın norması 5% olsa da, Bankda bu göstərici 40%-dən çoxdur.
Qeyd edək ki, bankın Məcmu kapitalı 80.0 milyon AZN təşkil edir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq, AFB Bank hər rüb məcmu kapital da daxil olmaqla, maliyyə hesabatını rəsmi saytında açıqlayır.
Hazırda bank 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir. Bu xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 Çağrı Mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.