“Dəmirbank”ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və onalara verilən şəhadətnamə ləğv edilib. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-cı il tarixli, 49 saylı qərarı ilə “Dəmirbank” ASC -nin bank fəaliyyətinin aparılması üçün verilən lisenziyası 23 dekabr 2017-ci il tarixindən ləğv edilməsi ilə əlaqədar olaraq 30 iyul 2007-ci il tarixdə 5 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Dəmirbank” ASC 25 dekabr 2017-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banka verilmiş şəhadətnamə ləğv edilib.
ADİF reyestr xidmətinə dəyişiklik etdi
14:53
25 Dek 2017