Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "Amrah Bank" və "Atabank" ASC-lərin kreditorlarına müraciət edib.
FED.az xəbər verir ki, müraciətdə deyilir:
“Banklar haqqında” qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
- kreditorun adı və ünvanı;
- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
“Amrahbank” və “Atabank” ASC-lərin kreditorlardan xahiş olunur ki, 1 iyul 2020-ci il tarixinə qədər kreditor tələbinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:
Bakı şəhəri, Xocalı prospekti 36 A, “Amrahbank”ın baş ofisi. Əlavə məlumat üçün əlaqə nömrəsi: (+99412) 480-28-39.
Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, “Atabank”ın baş ofisi. Əlavə məlumat üçün əlaqə nömrələri: (+99412) 497-87-00;