Xəbər verdiyimiz kimi, 100% xarici kapitallı “AccessBank” QSC-də yeni səhmdarlar elan edildikdən sonra yeni struktur dəyişikliyini elan edilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu yeniliklərdən biri də icraçı direktorların sayının artırılması olub.
Yeni icraçı direktor vəzifəsinə 13 il adıçəkilən bankda çalışan Günay Cəlilova təyin olunub.
“G.Cəlilova Korporativ bankçılıq və Marketinq departamentlərinə, həmçinin Müştərilərlə əlaqə mərkəzinə kurasiya edəcək” – deyə, bankın öz açıqlamasında da bildirilir.
Günay Cəlilova 2006-cı ilin aprelində – ilk karyerasını “Accessbank” QSC-də başlayıb, hansı ki, həmin il ərəfəsində bu bank “Azərbaycan Mikromaliyyələşdirmə Bankı” QSC adı altında (2008-ci ilə qədər) çıxış edirdi. Bankın rebrendinq ərəfəsində G.Cəlilova artıq bankın Filial Meneceri, daha sonra, yəni, 2016-cı ildən bu günə qədər isə Marketinq-Korparativ Bankçılıq Departamentində direktor vəzifəsində çalışıb.
Bildirək ki, Cəlilova Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə üzrə magistr, Böyük Britaniyanın Varvik Universitetində (University of Warwick) isə MBA üzrə təhsil almışdır.
Eləcə də bax: Palata: Bank kreditlərinin faiz dərəcələri məhdudlaşdırıla bilər