Bank

«Accessbank»ın xarici borcu kəskin azalıb

«Accessbank»ın xarici borcu kəskin azalıb | FED.az
14:41 14 Mart 2019

«Accessbank»ın xarici borcu kəskin azalıb. FED.az xəbər verir ki, bu barədə «AccessBank» QSC-nin İdarə Heyətinin sədri Anar Həsənov bildirib. Onnu sözlərinə görə, əvvəllər beynəlxalq maliyyə institutlarından alınmış kreditlər kapitala çevrilib: «AccessBank» yeni səhmdarları ilə uzun illərdir əməkdaşlıq edir. Bu təşkilatlardan kreditlər cəlb etmişik. 1 kreditor istisna olmaqla hamısı borcun kapitala çevrilməsinə razılıq verdilər. Nəticədə «AccessBank»ın xarici borcu da kəskin azalmışdır».

Anar Həsənov vurğuladı ki, «AccessBank» sağlam bankdır, likvidliyi yüksəkdir. Ötən il verilən kreditlərin 98%-i Azərbaycan manatında ayrılıb. Bu da ola biləcək növbəti şokların banka zərər vurmaması baxımından mümühm tədbirdir.

Eləcə də bax: Məhkəmə qərarlarının icra haqqı azaldılsın – BANKLARDAN TƏKLİF

©Marja

Digər xəbərlər

Banner