Azərbaycanın aparıcı banklarından oldan «Accessbank» 2023-cü ildə gəlirlərni və mənfəətini kəskin artırıb.
Azərbaycanda 20 bankın vəziyyəti - MƏLUM OLDU – YENİLƏNİR – MƏBLƏĞLƏR - SİYAHI
FED.az bankın hesabatına istinadən xəbər verir ki, cari ilin 1-ci rübündə bankın gəlirləri 14,4 milyon manat və ya 44% artaraq 47 milyon manata yüksəlib. Bankın xərcləri isə 6 milyon manat və ya 20% artaraq 36,2 milyon manat təşkil edib.
Hesabat dövründə bankın faiz gəlirləri 12 milyon manat və ya 40% artaraq 42 milyon manata yüksəlib. Bu dövrdə «Accessbank» kredit portfelindən 40,6 milyon manat gəlir əldə edib.
Bankın faiz xərcləri isə 3,4 milyon manat artaraq 16,6 milyon manat olub.
1-ci rübdə «Accessbank»ın qeyri-faiz gəlirləri 2 dəfədən çox artaraq 1,8 milyondan 4,2 milyon manata yüksəlib.
Qeyri-faiz xərci isə 3 milyon manat artaraq 19,8 milyon manata qalxıb.
Nəticədə bank 1-ci rübü 10,6 milyon manat əməliyyat mənfəəti ilə tamamlayıb.
Bu vəsaitdən 5,1 milyon manat mümkün zərərlər üçün ehtiyatlara ayrılıb.
Nəticədə bank 1-ci rübü 5 milyon 460 min manat xalis mənfəətlə tamamlayıb. Bu ötən ilin eyni dövründən 7 dəfə artıqdır. Xatırladaq ki, «Accessbank» 2022-ci ilin 1-ci rübünü 803 min manat mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın aktivləri 91 milyon manat artaraq 1 milyard 260 milyon manata yüksəlib. Bankın kredit portfeli 64 milyon manat yüksəlib və 878 milyon manata yaxınlaşıb.
«Accessbank»da ənənəvi olaraq kredit portfelinin böyük hissəsini – 765-ni biznes kreditləri təşkil edir – 674 milyon manat. Son bir rübdə biznes kreditləri 40 milyon manat artıb.
İstehlak kreditləri 24 milyon manat artımla 198 milyon manata çatıb.
2023-cü ilin 1-ci rübündə «Accessbank»ın öhdəlikləri 86 milyon manat artaraq 1 milyard 141 milyon manat olub.
Depozit portfeli 90 milyon manat böyüyərək 949 milyon manata çatıb.
Bankda fiziki şəxslərin əmanətləri 31 milyon, hüquqi şəxslərin depozitləri isə 57 milyon manat artıb.
Bankın kapitalı isə 6 milyon manat artaraq 112 milyon manatdan 118,8 milyon manata yüksəlib.