Xəbər verildiyi kimi, «AccessBank» 2019-cu ilin üçüncü rübünə dair maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, rüb ərzində AccessBank-ın aktivləri 12 629 mln. manatlıq artım nümayiş etdirərək 824 276 mln. manata çatıb.
Eləcə də bax:"AccessBank"ın rəhbərinə - YENİ VƏZİFƏ VERİLDİ
Kredit portfelində artım var
«AccessBank»ın kredit portfeli də artım nümayiş etdirib. İyunun sonuna 473.349 mln. manat həcmində olan xalis kredit portfeli üçüncü rübün yekununa 498 979 mln. manata yüksəlib ki, bu da 25 630 mln. manat və ya 5,4% artımdan xəbər verir. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan məqsədli ehtiyatları nəzərə almasaq, bankın ümumi kredit portfeli 607 186 mln. manat təşkil edib.
Depozitləri rekord həddə çatıb
Rüb ərzində «AccessBank»da ən ciddi artımı depozit portfeli nümayiş etdirib. Belə ki, bankın depozit portfeli 31 363 mln. manat artaraq 646 713 mln. manata çatıb. Bankın depozit portfeli tarixi maksimumu yeniləməyə davam edir. Ümumiyyətlə cari ilin əvvəlindən bankın depozit portfeli 145.575 mln. manat artıb.
Xalis əməliyyat mənfəətilə işləyib
Maliyyə hesabatının təhlili göstərir ki, ilin əvvəlində «AccessBank»ın menecmentinin verdiyi proqnozlar özünü doğrultmaqdadır. Belə ki, bank əməliyyat mənfəəti ilə işləməyə davam edir. Üçüncü rübdə bankın gəlirləri 95 milyon 952 min manat olub ki, bu da əvvəlki rüblə müqayisədə 14 141 mln. manat artıqdır. Bu dövrdə bankın xərcləri 81 milyon 718 min manat olub.
Nəticədə bank ilk 9 ayı 14 234 mln. manat həcmində xalis əməliyyat mənfəətilə başa vurub. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar isə 104 milyon 735 min manat təşkil edib. Nəticədə dövrün yekununa bankın xalis zərəri 90 milyon 501 min manat təşkil edib.
Göstəriciləri requlyativ normaları üstələyir
Hazırda «AccessBank»ın məcmu kapitalı 74 milyon 121 min manat təşkil edir ki, bu da requlyativ normadan (50 milyon manat) 24 milyon 121 min manat çoxdur. Sentyabr ayının sonuna bankın ani likvildik əmsalı 82.95% təşkil edir ki, bu da normadan (30%) təxminən 2.8 dəfə çoxdur.