"AccessBank" QSC-nin rəhbərliyində kadr dəyişikliyi baş verib. Uzun illər Şuranın üzvü olan xanım Yeva Vitt işdən çıxıb.
Onu Yan Klasen əvəzləyib. Y.Klasen vəzifəsinin icrasına cari ilin mart ayından etibarən başlayıb.
Y.Klasen Köln Universitetində təhsilini biznes inzibatçılığı ixtisası üzrə bitirdikdən sonra 1994-cü ildə KfW bankına qoşulub. İdxal-İxrac Maliyyələşdirməsi şöbəsinin siyasi departamentinin vitse-prezidenti vəzifəsində çalışıb, daha sonra KfW nəzdindəki təbii ehtiyatların maliyyələşdirilməsi sektorunun heyətinə rəhbərlik edib. 2005-ci ilin aprel ayından başlayaraq, Y.Klasen KfW IPEX - bankın korporativ işlər üzrə ofisinin nəzdində korporativ strategiya və inkişaf rəhbəri vəzifəsində yeni öhdəlikləri icra edib. 2009-cu ilin yayında KfW bankına qayıdaraq restrukturizasiya şöbəsinə rəhbərlik edib və köməkçi bankın qeyri-işçi aktivlərinə görə məsul şəxs təyin olunub.