Azərbaycanın aparıcı banklarından biri, ölkədə kiçik və orta biznesin maliyyələşdirilməsi üzrə bazar liderlərindən olan «Accessbank» 2022-ci ilin 3-cü rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, bu dövrdə bankın faiz gəlirləri ötən illə müqayisədə 28 milyon manat artaraq 100 milyon maatı keçib.
Faiz gəlirləri demək olar, bütünlüklə kredit portfelinin gəlirləri hesabınadır – 98,5 milyon manat.
Bankın faiz xərcləri ötən illə müqayisədə 7 milyon manat artaraq 41 milyon manat olub.
«Accessbank»ın depozitlər üzrə ödədiyi faizlər 10 ilyon manat və ya 30%-dən çox artaraq 37 milyon manata yaxınlaşıb.
Hesabat dövründə bankın xalis faiz gəliri 59 milyon manatı keçib – ötən illə müqayisədə 21 milyon manat artıq.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 1,1 milyon manat artaraq ötən ilki 7,4 milyon manatdan 8,5 milyon manata yüksəlib.
Qeyri-faiz xərcləri isə 7 milyon manat artaraq 52,7 milyon manat olub.
Nəticədə «Accessbank» 3-cü rübü 15 milyon manat əməliyat mənfəəti ilə tamamlayıb.
Bu vəsaitin 9,8 milyon manatı mümeün zərərlər üzrə ehtiyatların yaradılmasına sərf edilib. Nəticədə bank 3-cü rübü 5 milyon 269 min manat xalis mənfəətlə tamamlayıb.
Xatırladaqki, ötən ilin eyni dövründə bankda 917 min manat zərər qeydə alınmışdı.
Daha bir maraqlı məqam – «Accessbank» 2022-ci ilin 2-ci rübünü cəmi 1,8 milyon manat mənfəət əldə etmişdi. Ötən 1 rübdə isə bankın xalis mənfəəti 3 dəfə artıb.