“AccessBank” QSC-nin İdarə Heyətinin üzvilərindən biri vəzifəsindən ayrılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə bankdakı mənbə bildirir.
Məlumata görə, Elşən Hacıyev İdarə Heyətinin üzvi vəzifəsindən ayrılıb. O, bu qərara dekabrın əvvəlində gəldiyi bildirilir.
O, ilin əvvəlindən bankın İdarə Heyətinə üzv seçilmişdi.
Elşən Hacıyev AccessBank təsis olunduğu gündən Maliyyə və Mühasibatlıq Departamentinə rəhbərlik edirdi.
AccessBank-da çalışmazdan əvvəl, cənab Hacıyev 6 il Bakı şəhərindəki HSBC Bankında Maliyyə Nəzarəti üzrə Rəhbər vəzifəsində, eləcə də Azərbaycan Sənaye-İnvestisiya Bankında və Moskva şəhərində “Menatep” Bankında çalışıb. 2013-cü ildə cənab Hacıyev Maliyyə Nəzarəti üzrə İcraçı Direktor vəzifəsinə təyin olunub. Hacıyev Moskvada Avtomobil Yolları İnstitutunda “Avtomobil nəqliyyatının iqtisadiyyatı və təşkili” ixtisası üzrə mühəndis-iqtisadçı kvalifikasiyasını alıb. Böyük Britaniyanın Maliyyə Xidmətləri İnsitutu (keçmiş İxtisaslaşmış Bank Əməkdaşları İnstitutu) tərəfindən verilən maliyyə xidmətlərinin idarəolunması üzrə diploma malikdir.
Azərbaycan, rus və ingilis dillərini bilir.