"AccessBank"ın Müşahidə Şurasının qərarı ilə Tariyel İsmayılov bankın İdarə Heyətinin yeni sədr müavini vəzifəsinə təyinat olunub.
Bankdan verilən məlumata görə, T.İsmayılov paralel olaraq baş biznes inzibatçısı (CBO) vəzifəsini də tutacaq.
T.İsmayılov bankda uğurlu fəaliyyətini 2003-cü ildə mikrokreditləşmə üzrə mütəxəssis vəzifəsində başlayıb. Qısa müddət ərzində idarəçilik qabiliyyəti və yüksək peşəkarlıq nümayiş etdirərək T.İsmayılov 2006-cı ildə "Gəncə" filialının rəhbəri vəzifəsinə yüksəlib. Daha sonra o regional menecer və departament rəhbəri vəzifələrində çalışdıqdan sonra 2013-cü ildə mikrokreditləşmə və kredit bək ofis üzrə icraçI Direktor vəzifəsinə təyin olunub.
Bank sahəsində böyük təcrübəyə malik olan T.İsmayılov, həmçinin, Azərbaycan Banklar Assosiasiyasının “Kredit işi və Risk üzrə” ekspert qrupunun sədridir.
T.İsmayılov “İqtisadiyyat və Hüquq” ixtisası üzrə magistraturanı bitirib və hal-hazırda “Sahibkarlığa dövlət yardımının iqtisadi mexanizminin təkmilləşdirilməsi” mövzusunda elmi iş üzərində işləyir.