“AccessBank” Nağd kredit kampaniyasına start verib.
Eləcə də bax: “Access Bankirlər Məktəbi”nə - Qeydiyyat Başladı
FED.az xəbər verir ki, ilin sonunadək qüvvədə olan kampaniya çərçivəsində müştərilər əmək haqlarının 10 mislinədək kredit əldə edə bilirlər.
Kampaniyanın özəllikləri:
Kreditin maksimal məbləği: 30.000 AZN
Kreditin müddəti: 36 ayadək
Kreditin sığorta haqqı - 0%
Komissiya haqqı – 0%
Bundan başqa, müştərilər üçün hədiyyə olaraq, “myCard” kredit kartı da nəzərdə tutulub.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir.