Azərbaycanın aparıcı banklarından biri olan “Bank Respublika” ASC-nin Müşahidə Şurasının növbəti yığıncağı keçirilib.
FED.az xəbər verir ki, yığıncağda bankın İdarə Heyətinin yeni Sədri vəzifəsinə Tariyel İsmayılovun təyin edilməsi barədə qərar qəbul edilib. Tariyel İsmayılov aprel ayının 2-dən etibarən səlahiyyətlərinin icrasına başlayacaq.
“Bank Respublika”nın inkişafında böyük əməyi olan Asəf Namazov, tutduğu vəzifədən öz xahişi əsasında azad edilib və peşəkar fəaliyyətinə digər biznes qurumunda davam edəcəkdir.
Bank sahəsində böyük təcrübəyə malik olan Tariyel İsmayılov, daha öncə “AccessBank” QSC-də İdarə Heyətinin Sədrinin müavini vəzifəsində çalışıb. O, “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə ali təhsil alıb. Ailəlidir, 2 övladı var.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Eləcə də bax: Bankların dollar müştərilərinə etdiyi güzəştlər - KOMPENSASİYADA NƏZƏRƏ ALINACAQ