“AccessBank” aqrar sektorda fəaliyyət göstərən müştəriləri ilə daha bir xoş xəbəri bölüşmək istəyir! Artıq kənd təsərrüfatı layihələrinin reallaşdırılması və müxtəlif texnikaların alınması daha rahat və sərfəli oldu.
Belə ki, “AccessBank” Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə əməkdaşlığa başlayıb. Əməkaşlıq çərçivəsində “AccessBank” AKİA vəsaitləri hesabına müştərilərinə illik faiz dərəcəsi 7% maksimal məbləği 200 000 manat olan güzəştli kreditlərin verilməsinə start verir. Müştərilərimiz həmçinin 12 ayadək güzəşt müddətindən də yararlana bilərlər.
Bu təkliflə işiniz avand olacaq!
"AccessBank”dan 7%-lik aqro kreditlər!
10:39
6 Mart 2019