“AccessBank”da yeni təyinat baş tutub.
FED.az xəbər verir ki, İlkin Quliyev Adik oğlu bankın Pərakəndə bankçılıq departamentinin direktoru təyin olunub. O, vəzifəsinin icrasına mayın 6-dan etibrən başlayıb.
Bu təyinatadək bank mütəxəssisi 2017-2019-cu illərdə “Unibank”ın İnsan kapitalının idarə edilməsinin departamentinin direktoru vəzifəsində olub.
Daha öncə isə İlkin Quliyev “Azərbaycan Beynəlxalq Bankı”nda Strategiya və layihələrin idarəolunması departanmentinin, “Kapital Bank”da Risklərin idarəolunması şöbəsinin direktoru kimi fəaliyyət göstərib.
Eləcə də bax: Dövlət xətti ilə 52,7 mln. manat - İPOTEKA KREDİTİ VERİLİB