“AccessBank” “Nağd kredit” kampaniyasına start verir. Kampaniyanın əsas üstünlüyü kredit şərtinin müştəri tərəfindən təyin olunmasındadır. Belə ki, “Nağd kredit” kampaniyası çərçivəsində Bankın müştəriləri krediti, 16%-dən başlayan kredit faizi ilə və ya 0% komissiya ilə əldə edə bilər. Komissiya haqqı artdıqca, kredit faizi müvafiq olaraq enir.
Eləcə də bax: “AccessBank”ın debit kartları - 50% ENDİRİMLƏ!
FED.az xəbər verir ki, “Nağd kredit” kampaniyası çərçivəsində krediti 6 aydan 48 ayadək müddətə əldə etmək mümkündür. Kampaniya 31 avqust 2020-ci il tarixinə qədər qüvvədədir.
Kampaniya haqqında daha ətraflı məlumat əldə etmək üçün “AccessBank”ın 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.