«AccessBank» müştərilərə təklif etdiyi “Müddətli Depozit” üzrə faiz dərəcələrini artırıb.
«AccessBank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, ötən ay ilə müqayisədə faizlərdə xeyli artım gözə çarpır.
Bankın əvvəlki ayda açıqladığı “Müddətli Depozit” məhsulunda dollar valyutasında faizlər aylıq ödənildikdə 6 aylıq əmanətlər üzrə 0,2% , 12 aylıq əmanətlər üzrə 1,2%, 18 və 24 aylıq əmanətlər üzrə isə müvafiq olaraq 1,4% təşkil edirdisə, yanvarda bu rəqəmlər uyğun olaraq olaraq 6 aylıq əmanətlər üzrə 1% , 12, 18 və 24 aylıq əmanətlər üzrə müvafiq olaraq 2% müəyyən olunub.
Faizlərin müddətin sonunda hesablanması varinatında da əmanətlər üzrə gəlirlilik artıb belə ki, 6 aylıq əmanətlərdə faizlər 0,5%-dən 1,5%-ə , 12 aylıq əmanətlərdə 1,5%-dən 2,3%-ə, 18 aylıq əmanətlərdə 1,7%-dən 2,4%-ə və 24 aylıq əmanətlərdə 1,7%-dən 2,5%-ə qalxıb.
Qeyd edək ki, manat valyutasında olan əmanətlər üzrə faizlərdə dəyişiklik yoxdur.