“AccessBank” QSC-nin Pərakəndə bankçılıq üzrə yeni icraçı direktor məlum oldu.
Eləcə də bax: “Azericard”a yeni baş inzibatçı - Təyinatı
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu, İlkin Quliyevidir. O, bu vəzifənin icrasına artıq 2021-ci ilin fevralında start verib.
İ.Quliyev “AccessBank”a 2019-cu ilin mayında Pərakəndə bankçılıq departamentinə direktor kimi gəlmişdi. Həmin müddətdən 2021-ci ilin fevralına qədər də məhz bu departamentdə direktor idi.
Bank mütəxəssisi 2017-2019-cu illərdə “Unibank” ASC-nin Təşkilati inkişaf və İnsan kapitalı departamentinə rəhbərlik edib.
Daha öncə isə İlkin Quliyev “Azərbaycan Beynəlxalq Bankı”nda Strategiya və layihələrin idarəolunması departamentinin, “Kapital Bank”da Risklərin idarəolunması şöbəsinin direktoru kimi fəaliyyət göstərib.
İ.Quliyev Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr dərəcəsi almış və o cümlədən İngiltərədə Nyukasl Biznes Məktəbində bank və maliyyə üzrə magistratura dərəcəsinə yiyələnib.