FED.az-ın məlumatına görə, 30 sentyabr 2018-ci il tarixində “AccessBank” ın cəmi aktivləri 836 milyon 456 min manata çatıb.
ELƏCƏ DƏ BAX: "AccessBank"ın gəlirləri 62% artıb
“AccessBank”ın cəmi aktivləri 30 Sentyabr 2017-ci il tarixində 852 milyon 1 min manat, 31 Dekabr 2017-ci il tarixində isə 844 milyon 821 min manat idi. Aktivlərin azalmasının əsas səbəbi Bankın qiymətli kağızlara investisiyasının 39 milyon 5 min manatdan 1 milyon 669 min manata düşməsidir.
2018-ci ilin ilk yarısı ilə müqayəsədə üçüncü rübdə Bankın aktivləri 1,04% artıb. 30 İyun 2018-ci il tarixində “AccessBank” 827 milyon 873 min manat cəmi aktivlərə malii idi.
BANKIN SATIŞI CANLANIR
“AccessBank”ın xalis kredit və lizinq portfeli isə təxminən 3% artaraq 2017-ci ilin sonundakı 503 milyon 503 min manatdan 30 Sentyabr 2018-ci il tarixində 518 milyon 478 min manata çatıb.
"ACCESSBANK"A ETİBAR EDİLƏN PUL ARTIB
Diqqəti cəlb edən “AccessBank”dakı depozitlərin daha yüksək nisbətdə artmasıdır. Belə ki, 2017-ci ilin sonu ilə müqayisədə depozitlər 16% artaraq 464 milyon 25 min manata çatıb. 31 Dekabr 2017-ci il tarixində “AccessBank”ın depozit portfeli 399 milyon 815 min manat, 30 Sentyabr 2017-ci il tarixində isə 376 milyon 792 min manat səviyyəsində idi.
BORCLARINI QAYTARIR
“AccessBank” cəlb etdiyi kreditlər üzrə borclarını qaytarmaqda davam edir. Ötən ilin sonunda digər maliyyə müəssisələrinin (banklardan başqa) kreditləri 242 milyon 569 min manat ikən, cari ilin sentyabr ayının sonunda 210 milyon 936 min manat qalıb (31 milyon 633 min manat və ya 13% azalma).
“AccessBank”ən cəmi öhdəlikləri 2017-ci ilin sonundakı 775 milyon 958 min manatdan 780 milyon 455 min manata yüksəlib.
30 Sentyabr 2018-ci il tarixində “AccessBank” 56 milyon 1 min manat cəmi balans kapitalına malik olub. Ötən ilin sonunda bu məbləğ 68 milyon 863 min manat idi.
2018-ci ilin 9 ayı ərzində “AccessBank”ın faiz gəlirləri 65 milyon 331 min manat təşkil edib. Bank 2017-ci ilin 9 ayında 78 milyon 143 min manat faiz gəlirləri əldə etmişdi. Faizlər və onlara bağlı xərcləri 49 milyon 187 min manatdan 39 milyon 359 min manata düşüb.
ZƏRƏRİ 4 DƏFƏDƏN ÇOX AZALIB
Faiz xərcləri və qeyri-faiz əməliyyatları üzrə zərər çıxıldıqdan sonra 9 ay ərzində “AccessBank”ın cəmi gəlirləri 18 milyon 499 min manat təşkil edib. 44 milyon 166 min manat əməliyyat, inzibati və digər xərclərə görə Bank 25 milyon 667 min manat əməliyyat zərəri ilə üzləşib. Lakin əvvəlki illər depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatın 13 milyon 830 min manatının azad olması zərərin azalması ilə nəticələnib və Bank cari ilin 9 ayını 11 milyon 837 min manat xalis zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, “AccessBank” 2017-ci ilin 9 ayını 48 milyon 298 min manat zərər ilə bağlamışdı. Beləliklə, Bankın zərəri 4 dəfədən çox azalıb.
ÖDƏMƏ VAXTI KEÇMİŞ KREDİLTLƏR YIĞILIR
Qeyd edək ki, əvvəlki illər depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatın 13 milyon 830 min manatının azad olması “AccessBank”ın problemli kreditləri almağı bacardığına işarədir. Bank qarşıdakı dövrdə gecikmədə olan kreditlərin ödənilməsinə nail olaraq daha çox ehtiyatın azad olmasına çalışır. Ehtiyatların azad olması “AccessBank”ı xalis mənfəətə yaxınlaşdıracaqdır.
KAPİTALINI BÖYÜK MƏBLƏĞDƏ ARTIRIR
30 Sentyabr 2018-ci il tarixində “AccessBank” 27 milyon 990 min manat məcmu kapitala malik olub. Yeri düşmüşkən əlavə edək ki, bu yay “AccessBank"ın Səhmdarlarının Ümumi Yığıncağında bankın nizamnamə kapitalının 140 milyon manat məbləğində artırılması barədə qərar qəbul olunub. Proses yekunlaşdıqdan sonra Bankın nizamanmə kapitalı 2 dəfə artaraq 280 milyon 258 min manata qalxacaqdır. Eyni zamanda, Bankın məcmu kapitalı 50 milyon manatı keçəcəkdir.
"AccessBank"ın nizamnamə kapitalının artırılması prosesi son mərhələdədir. Bu amillər bizə qədəm qoyduğumuz yeni dövrdə daha da möhkəmlənməyə imkan verəcək", - "AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov maliyyə göstəricilərini şərh edərkən deyib.
“KREDİTLƏRƏ TƏLABATIN ARTMASINI MÜŞAHİDƏ EDİRİK”
Anar Həsənov, "Sevindirici haldır ki, bankın əksər maliyyə göstəriciləri artım nümayiş etdirməkdədir” deyərək sözlərinə belə davam edib: “Bilirsiniz ki, depozit portfelimizdəki artım bir növ ənənə halını alıb və biz əmanətini bizə etibarən edən hər bir müştərimizə təşəkkür edirik. Mən kredit portfelindəki artıma da xüsusilə toxunmaq istərdim. İqtisadiyyatdakı canlanma maliyyə sektoruna və xüsusilə onun onurğa sütununu təşkil edən bankların fəaliyyətinə də müsbət təsirini göstərir. Biz əhalinin və biznesin kreditə olan tələbatının artmasını müşahidə edirik və inanıram ki, bu artım davamlı olacaq”.
BALANS HESABATI
min AZN (AZN thousands)
AKTİVLƏR | |
Nağd vəsaitlər Cash funds |
64 099 |
AMB-yə qarşı tələblər Amounts due from CBA |
82 792 |
“Nostro" hesabları “Nostro" accounts |
20 161 |
Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər Deposits in financial institutions including banks |
0 |
Qiymətli kağızlar Securities |
1 669 |
Xalis kreditlər və lizinqlər Net loans & Leasings |
518 478 |
Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər Fixed assets used in banking deducting depreciation |
33 450 |
Bank işində istifadə olunmayan əsas vəsaitlər Fixed assets not used in banking |
4 314 |
Digər icmallaşmamış şirkətlərə və birgə müəssisələrə investisiyalar və maliyyə iştirakı Investments to other non-consolidated ventures and joint ventures, and financial participation |
40 |
Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər Intangible assets deducting depreciation |
30 840 |
Digər aktivlər Other assets |
80 613 |
CƏMİ AKTİVLƏR TOTAL ASSETS |
836 456 |
ÖHDƏLİKLƏR | |
Depozitlər Deposits |
464 025 |
AMB-nın banka qarşı tələbləri CBA claims against the Bank |
0 |
Digər bankların tələbləri (“Loro" hesabları) Other banks’ claims (“Loro” accounts) |
611 |
Bankların və digər maliyyə müəssisələrinin depozitləri Deposits of banks and other financial institutions |
15 988 |
Digər maliyyə müəssisələrinin (banklardan başqa) kreditləri Loans of other financial institutions (excluding banks) |
210 936 |
Bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri Subordinated loans and other similar promissory notes issued by the Bank |
64 423 |
Digər passivlər Other liabilities |
24 472 |
CƏMİ ÖHDƏLIKLƏR TOTAL LIABILITIES |
780 455 |
KAPİTAL |
|
CƏMİ KAPITAL TOTAL EQUITY |
56 001 |
MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT
30/09/2018
min AZN
Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi (Interest income and other related income, total) |
65 331 |
Faizlər və onlara bağlı xərclər, cəmi (Interest expense and other related expenses, total) |
(39 359) |
Xalis faiz mənfəəti (zərəri) (Net interest profit (loss)) |
25 972 |
Qeyri-faiz gəlirləri, cəmi (Non-interest income, total) |
(7 473) |
CƏMİ GƏLİRLƏR (TOTAL INCOME) |
18 499 |
Qeyri-faiz xərcləri, cəmi (Non-interest expense, total) |
(44 166) |
Xalis əməliyyat mənfəəti (Net operational profit) |
(25 667) |
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) (Provision expenses) |
13 830 |
Vergilər ödənilənədək xalis mənfəət (zərər) (Pre-tax Net profit (loss)) |
(11 837) |
Mənfəətdən ödənilən vergilər (Profit tax) |
0 |
Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər) (Post-tax Net profit (loss)) |
(11 837) |
A. KAPİTAL VƏSAİTLƏRİ, min AZN | 0 | ||
1 | 2 | ||
1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır) | A1 | 44855.24 | |
a) Adi səhmlər (tam ödənilmiş paylar) | A1a | 140258.39 | |
b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər | A1b | 0.00 | |
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait | A1c | 0.00 | |
d) Bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi | A1d | -95403.15 | |
d1) əvvəlki illərin mənfəəti (zərəri) | A1d1 | -83566.61 | |
d2) (çıx) cari ilin zərəri | A1d2 | -11836.54 | |
d3) kapital ehtiyatları (fondları) | A1d3 | 0.00 | |
e) Digər | A1e | ||
2. I dərəcəli kapitaldan tutulmalar | A2 | 30840.14 | |
a) Qeyri-maddi aktivlər | A2a | 30840.14 | |
b) Təxirə salınmış vergi aktivləri | A2b | ||
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (I—2) | A3 | 14015.10 | |
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır) | A4 | 14015.10 | |
a) Cari ilin mənfəəti | A4a | 0.00 | |
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla) | A4b | 8749.75 | |
c) Kapitalın digər komponentləri | A4c | 7007.55 | |
c1) kumulyativ müddətsiz imtiyazlı səhmlər | A4c1 | 0.00 | |
c2) subordinasiya borc öhdəlikləri | A4c2 | 7007.55 | |
d) Digər vəsaitlər | A4d | 0.00 | |
5. Məcmu kapital (3+4) | A5 | 28030.19 | |
6. Məcmu kapitaldan tutulmalar : | A6 | 40.00 | |
a) Birləşməmiş (konsolidasiya olunmamış) törəmə banka və digər maliyyə idarələrinin kapitalına və bütün qeyri-bank müəssisələrinə kapital investisiyaları, o cümlədən qarşılıqlı investisiyalar (xalis) | A6a | 0.00 | |
b) Bütün digər investisiyalar (xalis) | A6b | 40.00 | |
7. Tutulmalardan sonra məcmu kapital (5-6) | A7 | 27990.19 | |
8. Risk dərəcəsi üzrə ölçülmuş yekun aktivlər (cədvəl A15, E sətirindən) | A8 | 699979.97 | |
faizlə | |||
0 | Norma | Fakt | |
1 | 2 | 3 | |
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100 | A9 | 5.00% | 1.94 |
10. Məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100 | A10 | 10.00% | 3.94 |
marja.az