"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir.
Bankın məlumatında deyilir ki, tender təmir-tikinti işlərinin aparılması ilə əlaqədar elan olunub.
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün [email protected] elektron ünvanına, yaxud (+994 55) 201 07 98 nömrəsinə müraciət edə bilərlər.
Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 2019-cu il mart ayının 6-da başa çatır.
"AccessBank" tender keçirir
20:26
1 Mart 2019