Müştərilərinə keyfiyyətli və operativ maliyyə həlləri təqdim edən AccessBank qeyri-iş günlərində də fəaliyyət göstərəcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bankın bütün filialları 26 və 27 mart tarixlərində saat 09:00-dan 17:00-dək açıq olacaq.
Qeyd olunan tarixlərdə müştərilər AccessBank filiallarına müraciət edərək bank məhsul və xidmətlərindən rahat şəkildə yararlana biləcəklər.
Müştəri rahatlığını və xidmət əlçatanlığını daim diqqət mərkəzində saxlayan AccessBank bu günlərdə də filial şəbəkəsi vasitəsilə xidmətini davam etdirəcək.
AccessBank olaraq hər zaman müştərilərimizin yanında olmağa, onlara çevik və etibarlı xidmət göstərməyə xüsusi önəm veririk.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.



![AccessBank qeyri-iş günlərində - [red]MÜŞTƏRİLƏRİNİN XİDMƏTİNDƏ OLACAQ[/red] | FED.az](upload/news/small/3461032.jpeg)
![AccessBank qeyri-iş günlərində - [red]MÜŞTƏRİLƏRİNİN XİDMƏTİNDƏ OLACAQ[/red] | FED.az](upload/news/small/4210294.jpeg)









