AccessBank 20-ci ildönümündə sayca 31-ci filialını Qəbələ şəhərində açır. Yeni filial şəhərin mərkəzində - Heydər Əliyev prospekti 185 B ünvanında yerləşir. Qəbələ filialında müştərilərə əmanətlərin yerləşdirilməsi, müxtəlif növ kreditlərin və ödəniş kartlarının təqdim edilməsi kimi bank xidmətləri təklif olunur.
AccessBank filial şəbəkəsinin yenilənməsi və genişləndirilməsi layihəsinə ötən ildən başlayıb. Artıq Binəqədi, Mərdəkan və Lənkəran filiallarında yenidənqurma işləri aparılıb, Şəmkir, Naxçıvan filiallarının isə açılışı reallaşdırılıb.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.